"Mütaliə və biz" adlı dəyirmi masa keçirildi.
2 mart 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin kitabxanaçısı, azərbaycan dili və ədəbiyyat müəlimləri və VII-VIII sinif şagirdlərinin iştirakı ilə “Mütaliə və Biz” adlı dəyirmi masa təşkil olundu. Dəyirmi masanın keçirilməsində əsas məqsəd şagirdlərin dünyagörüşünün zənginləşməsində, estetik və mənəvi tərbiyədə, uşaq və gənclərin formalaşmasında mütaliənin böyük rolu olduğunu onlara çatdırmaqdan ibarət idi.
Sonda şagirdlər “Mütaliə nədir” adlı təqdimat hazırladılar və müəllimlər onları maraqlandıran sualları cavablandırdılar.