Sağlam həyat tərzinin formalaşmasında idmanın rolu

     3 mart 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən “Sağlam həyat tərzinin formalaşmasında idmanın rolu” adlı maarifləndirici söhbət keçirtdi. Psixoloq qeyd etdi ki,sağlam həyat tərzinin formalaşmasında insanın sağlamlığına müsbət təsir edən amillərin, xüsusilə gündəlik iş rejiminin, səmərəli qidalanmanın,idmanla məşğul olmağın, ətrafda olan həmyaşıdları ilə xoş və qarşılıqlı ünsiyyətin böyük təsiri var.

Psixoloq sağlam yaşamağın əsas effektiv üsullarından olan fiziki aktivliyin-idmanın rolundan bəhs etdi. Müntəzəm idmanla məşğul olan insanın sinir sistemi güclənir, stresslərə qarşı davamlı olur.

Sonda şagirdlər mövzu ilə əlaqəli təqdimatlar işlədilər, idmanla stressi aradan qaldırmaq məqsədilə oyunlar oynadılar.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi