Xocalı soyqırımını unutmadıq

   25 Fevral 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir  dövlət himninin səsləndirilməsi ilə  başlandı. Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

   Şagirdlər  həmin  gecə dinc əhalinin başına gətirilən müsibətlərdən, azğınlaşmış erməni quldurlarının Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikdən  söz açdılar. Söylədilər ki, tarixin ədalətsizlik və haqsızlıq rəmzinə çevrilmiş Xocalı soyqırımı xalqımızın qan yaddaşında əbədi yer tutur, Azərbaycan xalqı o dəhşətli faciədən 30 il ötməsinə baxmayaraq həmin gecənin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, fəlakətin səbəbkarlarına dərin nifrətini bildirir, həlak olanların xatirəsini dərin ehtiramla yad edir.

   Sonda şagirdlərin ifasında Xocalı faciəsinə həsr olunan şeirlər səsləndirildi, ədəbi-bədii kompozisiya və vətənpərvərlik mövzusunda mahnılar nümayiş etdirildi, videoçarxlar təqdim olundu .

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi