"Komanda quruculuğu və şəxsi inkişaf" ilə bağlı təlim

     11 yanvar 2022-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə məktəbin yuxarı sinif şagirdlərinə “Komanda quruculuğu və şəxsi inkişaf” mövzusunda təlim keçirilmişdir. Təlimçi Ümüd Həsənli şagirdlərə komanda necə qurulur, lider kimdir, patron və liderin xüsusiyyətləri və s. haqqında məlumatlar verərək şagirdlərlə maraqlı fikir mübadiləsi apardı.

Məktəbin psixoloqu Natəvan Əliyeva təlimdə çıxış edərək özünəinamın xoşbəxt və uğurlu bir həyat üçün vacib olduğunu, bir çox insanın digər insanlarda gördüyü zaman təqdir etdiyi bir xüsusiyyət olduğunu vurğuladı. Psixoloq qeyd etdi ki, hər bir insan şəxsi inkişafı üçün riskə getməkdən və yeni şeylər sınamaqdan qorxmamalıdır.

Sonda Xəzər Rayon İntellektual Gənclər və Vətənpərvərlik klubunun koordinatoru Şahnaz Muradlı çıxış edərək göstərdiyi dəstəyə görə məktəbin direktoru Mətanət Mayılovaya minnətdarlığını bildirdi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi