IX sinif şagirdlərinin valideynləri ilə görüş
24 dekabr 2021-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin direktoru Mətanət Mayılova tərəfindən IX sinfin sinif rəhbərləri, həmin siniflərdə dərs deyən fənn müəllimləri və valideynlərin iştirakı ilə valideyn iclası keçirilmişdir. İclasda şagirdlərin dərsə davamiyyəti, dərslərə hazırlıq səviyyəsi, IX siniflərdə təşkil olunmuş monitorinqin nəticələrinin təhlili haqqında müzakirələr aparıldı. Mətanət Mayılova iclasda məktəbin reytinq cədvəlini nümayiş etdirərək nəticələrdə irəliləyişə nail olmaq üçün məktəb-şagird-valideyn münasibətlərinin birgə önəmini vurğuladı.
Sonda direktor valideynləri maraqlandıran sualları cavablandırdı.