Uşaq və yeniyetmələrdə yaş böhranı problemi
24 dekabr 2021-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə psixoloq Natəvan Əliyeva tərəfindən “Uşaq və yeniyetmələrdə yaş böhranı problemi” adlı seminar keçirilmişdir. Seminarın keçirilməsində əsas məqsəd yeniyetməlik dövründə uşaqlarda yaşanan psixoloji, bioloji, fizioloji dəyişikliklər barədə valieynləri məlumatlandırmaqdır. Psixoloq valideynlərə çatdırdı ki, bu dövrdə yeniyetmənin ətraf mühitinin seçiminə valideynlər diqqət yetirməlidirlər. Təsir altına düşmə ehtimalı çox olan bu dövrdə valideynlər övladlarını yanlış mühitdən qorumaq istəyirlər amma əksər hallarda bunu yanlış davranışlar sərgiləyərək göstərirlər, övladlarına nəzarət etmək istəsələr də bu neqativ nəticələnir. Valideynlər dost, yaxın yoldaş rolunu mənimsəməkdənsə əksinə sərt davranaraq övladlarını o yanlış mühitə doğru itələyir.
Seminarın sonunda psixoloq valideynlərlə övladlarının evdəki vəziyyəti barədə anket-sorğu keçirtdi.