"YOL HƏRƏKƏTİ QAYDALARI" ADLI MƏŞĞƏLƏ

     29 oktyabr 2021-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Zabitə Əliyevanın rəhbərlik etdiyi II A sinfində psixoloq Natəvan Əliyeva tərəfindən  “Yol hərəkəti qaydaları” mövzusunda maarifləndirici seminar keçirildi. Seminarın keçirilməsində əsas məqsəd şagirdlərə yol hərəkəti qaydalarına əməl etmək , təhlükələrdən qorumaq bacarıqlarını aşılamaqdan ibarət idi. Seminarda şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid müxtəlif şeirlər səsləndirib, səhnəciklər nümayiş etdirdilər.

Seminarın sonunda psixoloq  hər bir vətəndaşın özünü və yaxınlarını yollarda yarana biləcək təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizlik qaydalarına riayət olunmasının vacibliyini qeyd etdi.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi