I siniflərin məktəbə adaptasiyasının diaqnostikası
15 oktyabr 2021-ci il tarixində məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən I sinif şagirdlərinin məktəbə psixoloji adaptasiyasının diaqnostikası məqsədilə məşğələ keçirmişdir. Məşğələnin keçirilməsində əsas məqsəd şagirdlərin ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, təşvişin aradan qaldırılması, idrak proseslərinin inkişaf etdirilməsindən ibarət idi.
Psixoloq şagirdlərlə müxtəlif inkişafetdirici oyunlar oynadı, hər bir şagirdin qavrayışı, diqqəti,hafizəsi yoxlanıldı. Sonda şagirdlər məşğələdə aktiv iştiraklarına görə psixoloq tərəfindən qiymətləndirildi.