"ÇİN MƏDƏNİYYƏT" OTAĞININ AÇILIŞI
17 sentyabr 2021-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə “Çin mədəniyyəti otağı” nın açılış mərasimi keçirildi. Heydər Əliyev Fondunun Çin Xalq Respublikası ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən 14 saylı Xəzər seçki dairəsindən Milli Məclisin deputatı Soltan Məmmədovun təşəbbüsü ilə məktəbimizdə “Çin mədəniyyəti” otağı yaradılmışdır.Layihəyə əsasən “Çin mədəniyyəti” otağı stasionar komputer dəsti, noutbuk, printer, proyektor və digər cihazlarla təchiz olunmuşdur.
Açılışda Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Guo Min, Milli Məclisin deputatı Soltan Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov, Azərbaycan Dillər Universiteti nəzdindəki Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev və ictimaiyyət nümayəndələri iştirak etdilər