"Hər kağızı bir yarpağa dəyişək"
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi olduğu İDEA ictimai birliyinin təşəbbüsü, Təhsil Nazirliyi və ASAN Xidmətin təşkilatçılığı ilə kağız tullantılarının toplanmasına həsr olunmuş "Hər kağızı bir yarpağa dəyişək" layihəsi çərçivəsində "Yaşıl dağ" aksiyasına D.Cəbrayılov adına 119 № li tam orta məktəb də qoşuldu. Məktəbin şagirdləri kağız tullantılarının toplanmasında fəal iştirak etmişlər, nəticədə 700 kiloqramdan artıq kağız tullantıları yığmışlar.