MƏN DÜNYANI NECƏ GÖRÜRƏM adlı rəsm müsabiqəsi
28 fevral 2020-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin psixoloqu Natəvan Əliyeva tərəfindən II-IV siniflər arasında “Mən dünyanı necə görürəm” adlı rəsm müsabiqəsi keçirildi.
İnsanın öz şəxsiyyətini yaratdığı surətlər vasitəsilə ifadə etməsi üçün ən optimal şərait məhz yaradıcılıq prosesində ortaya çıxır. Yaradıcı təxəyyül insanı sözün əsl mənasında yaradıcı şəxsiyyət kimi formalaşdırır. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin təxəyyülünü inkişaf etdirmək, onların yaradıcılıq potensialını aşkara çıxarmaq oldu.
IVA sinif şagirdi Leysanxanım Quliyeva I yer, IVA sinif şagirdi Minagül Əliyeva II yer, IVC sinif şagirdi Zəhra Müzəffərzadə III yerə layiq görüldülər. Müsabiqənin sonunda qaliblər məktəbin direktoru Mətanət Mayılova tərəfindən Fəxri fərmanla təltif olundular.