XOCALI FƏRYADI

       26 fevral  2020-ci il tarixdə D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının iyirmi səkkinci ildönümünə həsr olunmuş “Xocalı fəryadı” adlı tədbir keçirildi. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlandı. Xocalı soyqırımı  qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edildi.

Məktəbin direktoru Mətanət Mayılova çıxış edərək qeyd etdi ki, Xocalı hadisəsi təkcə Azərbaycana, onun xalqına deyil, bəşəriyyətə qarşı törədilmiş ən ağır, misli görünməmiş cinayətdir. Çünki Xocalıda yalnız insanlar qətlə yetirilmədilər, insanlıq qətl edildi. O, tarixdə olmamış yalançı “soyqırımı”nı dünyaya təbliğ edən ermənilərin Azərbaycan xalqına qarşı əsl soyqırımı törətmələri barədə şagirdlərə ətraflı məlumat verdi.

Tədbirdə məktəbin şagirdlərinin iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş qətliamın ağır müsibətləri, kədərli hadisələri, Xocalı soyqırımını törədən erməni cəlladlarının bu qanlı cinayətlərinin üstünü açan səhnəciklər nümayiş olundu, ilahi mahnılar, şeirlər ifa olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi