Ana dilimizi sevək və qoruyaq

 

 

    21 fevral 2020-ci il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə “Ana dilimizi sevək və qoruyaq” adlı tədbir keçirildi. İlk olaraq məktəbin kitabxana müdiri  çıxış edərək 21 Fevral Beynəlxalq Ana dili günü kimi qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən danışdı ,dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər saldı. Ana dilimizin dünya dilləri arasında layiqli yerini tutmasında Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, Prezident İlham Əliyevin Azərbaycan dilinin geniş təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışıb, bu sahədə imzalanan mühüm dövlət sənədlərini xatırlatdı.

Tədbirdə məktəbin psixoloqu da çıxış edərək ana dilini xalqın varlığını təmin edən amillərdən biri, insanın, bütövlükdə millətin, xalqın mənəviyyat aynası olduğunu vurğuladı, qeyd etdi ki, ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir.

Sonda şagirdlər ana dilinə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi