Ədəbiyyat biliciləri müsabiqəsinin məktəb mərhələsinə yekun vuruldu

 

      26 dekabr 2019-cu il tarixində D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə ”Ədəbiyyat biliciləri” müsabiqəsi keçirildi. Müsabiqədə VIII-XI sinif şagirdləri iştirak etdilər. Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri Əzəmət Quliyeva müsabiqəni açıq elan etdi və şagirdlərə uğurlar arzuladı. Bədii əsər oxumağa meyl və maraq göstərən, Azərbaycan və dünya ədəbiyyatı nümunələrini davamlı mütaliə edən şagirdlərin aşkara çıxarılmasına həsr edilən Ədəbiyyat bilicilərinin məktəb mərhələsində şagirdlər oxuduqları əsərlər, onların müəllifləri, hər bir əsərin mövzusu, ideyası, tərbiyəvi əhəmiyyəti və s. sualları cavablandırdılar. Şagirdlərin cavabları məktəb direktorunun əmri ilə yaradılmış işçi qrupu tərəfindən təhlil olundu,müsabiqənin sonunda IX sinif şagirdi Balayeva Yeganə və XI sinif şagirdi Əmirli Rəna qalib elan olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi