Nailiyyətlərimiz

Bilik xoşbəxtliyin açarıdır.Məktəbin 4 "A" sinif şagirdi Cəfərli İbrahimxəlil CANDY HOUSE əyləncə və tədris mərkəzinin təşkil etdiyi sınaq imtahanında 420 bal topladığı üçün fərqlənmə diplomu ilə təltif olunmuşdur.Bu münasibətlə məktəbin direktoru Nizaməddin Ağcayev onu təbrik etmiş ,gələcəkdə daha artıq uğurlar qazanmasını arzulamışdır.

Sağlam gələcəyə sağlam addımlarlaMəktəbin 8"C" sinif şagirdi Xəlilov Mahir 10 may Heydər Əliyevin xatirəsinə həsr olunmuş CÜDO güləşi üzrə Xəzər rayonunun açıq birinciliyində I yerə layiq görüldüyü üçün diplom və medalla təltif olunmuşdur. Məktəbin direktoru Nizaməddin Ağcayev Mahiri təbrik etmiş,ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Məktəbəhazırlıq kurslarında işin təşkili metodikası üçün təqdim olunmuş sertifikatlarAzərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən Təhsildə İnnovativ texnologiyalar Əlavə Təhsil Mərkəzində təşkil olunmuş "Məktəbəhazırlıq kurslarında işin təşkili metodikası" təlimində iştirakına görə məktəbin ibtidai sinif müəllimləri Nüşabə Musayeva, Xəyalə Cəfərova, Sərmayə Bayramova, Aygün Mabudova Sertifikatlarla təltif olunmuşlar. Məktəbin direktoru Nizaməddin Ağcayev sertifikatları onlara təqdim etmiş və məktəbəhazırlıq qruplarında tədrisin vəziyyəti, təlimdə iştirakın müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasında müsbət təsiri haqqında söhbət aparmışdır.

HAQQIMIZDA

Şəhid Etibar Cəfərovun adını daşıyan 118 nömrəli tam orta məktəb Suraxanı rayonu Hövsan kəndində yerləşir. Məktəbin əsası 1974-cü ildə qoyulmuşdur. 2014-cü ildə məktəb əsaslı şəkildə təmir edilmiş, əlavə olaraq ikinci korpusu tik...

BİZİM FƏXRLƏRİMİZ

Rəvanə Məmmədli Namiq

Gülanə Velisova Əlifağa

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi