FƏXRİMİZ

    Etibar Firuz oğlu Cəfərov 1964-cü ilin iyunun 22-də Bakı şəhəri Suraxanı rayonu Hövsan kəndində dünyaya göz açmışdır. 1971-ci ildə 118 № -li tam orta məktəbin I sinfinə daxil olmuş, 1979-cu ildə həmin məktəbin VIII  sinfini bitirmişdir. Rusiya Federasiyasının Krasnoyarsk diyarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra doğma kəndinə qayıtmışdır.

    I Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanmışdır. Döyüşlərdə yüksək ad-san qazanmışdır. Əvvəllər Ağdam bölgəsində, 1993-cü ilin 15 noyabrında Fizuli rayonunun Horadiz kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü il 5 yanvarda Horadiz uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

    Təhsil aldığı 118 № -li tam orta məktəb 1994-cü ildən onun adını daşıyır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi