HAQQIMIZDA

Şəhid Etibar Cəfərovun adını daşıyan 118 nömrəli tam orta məktəb Suraxanı rayonu Hövsan kəndində yerləşir. Məktəbin əsası 1974-cü ildə qoyulmuşdur. 2014-cü ildə məktəb əsaslı şəkildə təmir edilmiş, əlavə olaraq ikinci korpusu tikilib şagirdlərin istifadəsinə verilmişdir. Məktəb 820 şagirdin təhsil alması üçün nəzərdə tutulmuşdur. Hal-hazırda məktəbdə 1680 nəfər şagird təhsil alır, 83 müəllim, 67 sinif fəaliyyət göstərir. Məktəb əsaslı şəkildə təmir olunduqdan sonra maddi-texniki bazası daha da genişlənmişdir. Sinif otaqlarının sayı artırılmış, iki idman zalı, futbol meydançası, bufet, akt zalı, fizika, kimya və informatika laboratoriyaları şagirdlərin istifadəsinə verilmişdir. Məktəb binası mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunmuşdur. 2015-ci il fevralın 27-dən məktəbin direktoru vəzifəsinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl Təhsil İşçisi"döş nişanı ilə təltif olunmuş Nizaməddin Fərhad oglu Ağcayev təyin olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi