Nailiyyətlərimiz

Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası qalibləri mükafatlandırıldı Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bakı Şəhər Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev son illərdə ölkəmizdə bütün sahələr üzrə istedadlı şagirdlərin aşkara çıxarılmasına xüsusi diqqət yetirildiyini, onların bilik və bacarıqlarının inkişafı istiqamətində böyük işlər görüldüyünü bildirib. İdarə müdiri istedadlı şagirdləri həvəsləndirmək, onların yaradıcılığa və elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq və yerli olimpiadalarda, eləcə də bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, şagirdlər arasında sağlam rəqabət mühiti yaratmaq məqsədilə Təhsil Nazirliyi və BŞTİ tərəfindən il ərzində bir çox müsabiqələrin təşkil olunduğunu qeyd edib.Olimpiadada məktəbi təmsil edən 6"A" sinif şagirdi Rəvanə Məmmədli 17 baldan yuxarı nəticə göstərərək olimpiadanın qalibi olan 44 nəfər şagirdin sıralarında yer almışdır.Olimpiadada yüksək nəticələr əldə etmiş şagirdlərə medal, diplom, sertifikat və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Uğurlara gedən yolMəktəbin hazırlıq sinfində təhsil alan Vəlizadə Uğur Samuray Karate klubunun 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş Karate do üzrə 2-ci açıq Samuray Çempionatında bacarıq göstərərək III yerə layiq görülmüşdür.Bu münasibətlə məktəbin direktoru Nizaməddin Ağcayev balaca Uğuru təbrik etmiş,ona gələcəkdə daha artıq naliyyətlər arzulamışdır.

Zəfərlərimizlə bayrağımızı zirvələrə ucaldaqMəktəbin 6"A"sinif şagirdi Məmmədzadə Davud Azərbaycan "General" idman klubunun uşaq və yeniyetmələr arasında təşkil etdiyi turnirdə I yer tutaraq DİPLOM-la təltif olunmuşdur.Bu münasibətlə məktəbin direktoru Nizaməddin Ağcayev Davudu təbrik edərək ona gələcəkdə yeni uğurlar arzulamışdır.

HAQQIMIZDA

Şəhid Etibar Cəfərovun adını daşıyan 118 nömrəli tam orta məktəb Suraxanı rayonu Hövsan kəndində yerləşir. Məktəbin əsası 1974-cü ildə qoyulmuşdur. 2014-cü ildə məktəb əsaslı şəkildə təmir edilmiş, əlavə olaraq ikinci korpusu tik...

BİZİM FƏXRLƏRİMİZ

Ayxan Mansurlu Qələndər

Rəvanə Məmmədli Namiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi