Nailiyyətlərimiz

"Mənim Bayrağım " inşa müsabiqəsinin qalibləriYeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatı və Suraxanı Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günü münasibəti ilə "Mənim Bayrağım "adlı inşa müsabiqəsi keçirildi.Müsabiqədə məktəbin 7 "A" sinif şagirdləri Əlquliyeva Fatimə I yerə, Məmmədli Rəvanə II yerə layiq görülərək diplomlarla təltif olundular. 10 "B" sinif şagirdləri Baxşəliyeva Ləman və Cəlilova Ədiləyə fərqlənmə diplomları təqdim edildi.

Uğurlara gedən yolLütfi-Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasında fəal iştirak edərək,yüksək nəticə göstərən məktəbin 7A sinif şagirdi Həsənov Anar və 7C sinif şagirdi Məmmədli Fatimə tərifnamə ilə təltif olunmuşlar.Bu münasibətlə məktəbin direktoru Nizaməddin Ağcayev adı çəkilən şagirdlərlə görüşərək onları təbrik etmiş,gələcəkdə də yeni uğurlara və nailiyyətlərə çatmalarını arzulamışdır.

Kiçik karate ustasının qələbəsi           Məktəbin 3ə sinif şagirdi Xurşudzadə Mahmud Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 25 illiyinə həsr olunmuş uşaqlar, yeniyetmələr və gənclər arasında karate üzrə açıq Qazax rayon turnirində fərdi 8-9 yaşlılar üzrə +37kg çəki dərəcəsində 2-ci yerə layiq görüldüyü üçün Qazax rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərman və medalla təltif edilmişdir. Məktəbin direktoru Nizaməddin Ağcayev Mahmudla söhbətində onu təbrik etmiş, gələcək idman həyatında dəstək olacağını bildirmiş və yeni qələbələr qazanmaq üçün öz tapşırıq və tövsiyələrini vermişdir. 

HAQQIMIZDA

Şəhid Etibar Cəfərovun adını daşıyan 118 nömrəli tam orta məktəb Suraxanı rayonu Hövsan kəndində yerləşir. Məktəbin əsası 1974-cü ildə qoyulmuşdur. 2014-cü ildə məktəb əsaslı şəkildə təmir edilmiş, əlavə olaraq ikinci korpusu tik...

BİZİM FƏXRLƏRİMİZ

Ruhəngiz Abıyeva Hilal

Ayxan Mansırlu Heydər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi