Nailiyyətlərimiz

Fəxri məzunMəktəbin məzunu Nigar Nuriyeva təhsil aldığı müddətdə müntəzəm olaraq müsabiqə və yarışlarda göstərdiyi yüksək nəticələrlə kolektivin rəğbətini qazanmış və adı fəxri şagirdlərin sırasında çəkilmişdir. 2019-2020ci tədris ilində Respublika fənn olimpiadasında Azərbaycan dili fənni üzrə III yerin qalibi olmuş medal, diplom və hədiyyələrlə təltif edilmişdir. Bir sıra layihə və proqramların iştirakçısı o cümlədən təhsil aldığı müddətdə nümunəvi davranışı ilə seçilən şagirdimiz Nuriyeva Nigar Fikrət qızı tam orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vurduguna görə qızıl nişana layiq görülmüşdür.

Kiçik həvəskarın böyük arzularıBakı İdman Sarayında budo döyüş növləri üzrə V dünya kuboku turnirinin qalibləri müəyyənləşib. Gənclər və İdman Nazirliyi, Dünya Budo Döyüş Növləri Federasiyası və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının (ABDNF) birgə təşəbbüsü ilə keçirilən turnirdə Azərbaycan, Pakistan, İraq, Əfqanıstan, İran, Gürcüstan, Özbəkistan, Türkiyə, Kipr, Rusiya, Banqladeş və Hindistandan olan 900-ə yaxın idmançı çıxış edib. Turnir semi-kontakt, ful-kontakt, fri-kontakt, layt-kontak, sabaki-citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçirilib.Yarışda Azərbaycan komandası ən çox medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onların arasında məktəbin 1"B" sinif şagirdi Uğur Vəlizadə Karate döyüş növü üzrə 6-7 yaşlılararasında 20 kg dərəcəsində I yerə layiq görülərək Diplomla və medalla təltif olundu. Məktəbin direktoru şagirdimizi təbrik etdi və ona daha yüksək fəxri kürsüləri qazanmağı dilədi.

Yeni uğurlara yeni addımlarlaMəktəbin 11"B" sinif şagirdi Mansırlı Ayxan Bakı şəhər Gənclər və İdman idarəsinin 17 noyabr Milli Dirçəliş günü münasibətilə təşkil etdiyi Karate-Şhotokan müsabiqəsində II yerin qalibi olaraq diplom və medallarla təltif olunmuşdur.Məktəbin direktoru Nizaməddin Ağcayev Ayxanı növbəti uğuru münasibəti ilə təbrik etmiş ona gələcək fəaliyyətində də nailiyyətlər arzulamışdır.

HAQQIMIZDA

Şəhid Etibar Cəfərovun adını daşıyan 118 nömrəli tam orta məktəb Suraxanı rayonu Hövsan kəndində yerləşir. Məktəbin əsası 1974-cü ildə qoyulmuşdur. 2014-cü ildə məktəb əsaslı şəkildə təmir edilmiş, əlavə olaraq ikinci korpusu tik...

BİZİM FƏXRLƏRİMİZ

Davud Məmmədzadə Allahverən

Nigar Nuriyeva Fikrət

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi