Nailiyyətlərimiz

Məktəbin şagirdi Kövsər Qurban Orxan qızının uğuruMəktəbin 3ç sinif şagirdi Kövsər Qurban Orxan qızı Amerikanın Peace Pals Təşkilatının Yaponiyanın Goi Fondu ilə birgə təşkil etdiyi "Qoy Dünyada Sülh Bərqərar Olsun!" mövzulu 25-ci Beynəlxalq Sülh Dostları Rəsm Müsabiqəsinin Dünyanın 77 ölkəsindən 4500 iştirakçısı arasından 8-10 yaş kateqoriyasının Finalçısı oldu. Medal və Beynəlxalq Sertifikatla mükafatlandırıldı. Bu mötəbər Müsabiqə-Sərgidə artıq 3-cü dəfədir ki, ardarda qalib olur və Azərbaycanın bayrağını tanıdır.

Məktəbin şagirdi Məcidova Türkan Şükran qızının uğuruMəktəbin 9c sinif şagirdi Məcidova Türkan Şükran qızı Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə "HEYDƏR ƏLİYEV" ilinə həsr edilmiş gənclər arasında keçirilən esse müsabiqəsində iştirakına görə diplomla təltif edilmişdir. Şagirdimizi bu münasibətlə ürəkdən təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.

Məktəbin informatika müəllimi Fəxri Fərmanla təltif olunduMəktəbin informatika müəllimi Abbasova Səkinə Malik qızı Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının yaranmasının 30 illiyi münasibətilə rayon təşkilatının həyatında fəal iştirakına görə Fəxri Fərmanla təltif olundu. Səkinə müəlliməni bu münasibətlə məktəb rəhbərliyi, pedaqoji kollektiv adından təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.

HAQQIMIZDA

Xalqın elmi, mədəni səviyyəsinin yüksəldilməsində maarif və mədəniyyət ocaqlarının ...

BİZİM FƏXRLƏRİMİZ

Anar Hüseynzadə Mahir

Xəyalə İsayeva Pənah

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi