Məktəbin şagirdləri Kövsər Qurban və İnci Qurban bacılarının uğuru

Cari ilin 18 Mart tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə “Dəyərlərimizi qoruyaq: zamana səyahət” adlı Novruz tamaşası Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təqdim olunub.

Tədbirin Posteri Bakı Şəhər Təhsil İdarəsi tərəfindən Məktəbimizin 5 "ç" sinif şagirdi Kövsər Qurban və 2 "a" sinif şagirdi İnci Qurbana həvalə edilib.

Şagirdlərimizin rəsmlərində Azərbaycanın qədim adət-ənənələri, abidələrimiz, Novruz sevinci, bahar abu-havası, Türkçülük, qəhrəmanlıq, bayrağımıza sədaqət əks olunmuşdur.

Xoş haldır ki, tədbirin başlanğıcında Rəsmlərdən ibarət Posteri @mutdaeduaz -ın direktor müavini Nərminə Hüseynova, Milli Məclisin deputatları Sadiq Qurbanov, Anar İsgəndərov, Mehriban Vəliyeva, Gunay Efendiyeva, Ulviyya Agayeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Sabina Aliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, dövlət rəsmiləri və incəsənət nümayəndələri izləyiblər.

Hal-hazırda Bakı Şəhər Təhsil idarəsi tərəfindən "Dəyərlərimizi Qoruyaq!" layihəsinə start verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi