"Azərbaycan tarixinin şanlı səhifəsi" adlı dəyirmi masa keçirildi

Bugün Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü kimi tarixə düşən 28 May Müstəqillik gününün 106 illiyinə həsr olunmuş "Azərbaycan tarixinin şanlı səhifəsi" adlı dəyirmi masa keçirildi.

Məktəbin tarix müəllimi Aidə İsmayılova tədbir iştirakçılarına həmin dövrdə baş vermiş tarixi hadisələr, müstəqilliyimizin əldə olunmasında qəhrəmanlıq göstərmiş şəxslər haqqında geniş və ətraflı məlumat verdi.

Sonra şagirdlər müstəqillik haqqında öyrəndikləri məlumatlarla çıxış etdilər. Sonda müstəqilliyimizə həsr olunmuş videoçarxa baxıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi