Məktəbin şagirdi Kövsər Qurban Orxan qızının uğuru

Məktəbin 4"ç" sinif şagirdi Kövsər Qurban Orxan qızı Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi və BP şirkətinin təşkilatçılığı və dəstəyi ilə keçirilən UİF - 1-ci Respublika Uşaq İncəsənət Festivalının Rəssamlıq nominasiyası üzrə 2-ci yerə layiq görüldü. Mükafatlandırma və Bağlanış Mərasimi 13 noyabr Heydər Əliyev Mərkəzində baş tutdu. Kövsər H.Əliyevin 100 illiyinə həsr edilən Festivalda Təşkilatçılar tərəfindən Diplom, Gümüş pin, Hədiyyələr və pul mükafatı ilə təltif edildi. Şagirdimizi bu uğuru münasibətilə pedaqoji və şagird kollektivi adından ürəkdən təbrik edirik.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi