Məktəbin 2ç sinif şagirdi Kövsər Qurban Orxan qızı ABŞ-ın Beynəlxalq Sülh Dostları Fondunun və Qlobal Xeyirxahlıq TV-nin Beynəlxalq lideri Karen Palmerin əməkdaşlığı ilə baş tutmuş 24-cü Beynəlxalq "Xeyirxahlıq" Sülh Dostları Rəsm Müsabiqəsində dünyanın 79 ölkəsindən 4500-dən çox iştirakçısı arasından 5-7 yaş kateqoriyası üzrə 3-cü yerin qalibi olaraq bürünc medal, sertifikat, Qalib Sülh Dirəyi, açıqca (Kövsərin rəsmi ilə) və müxtəlif hədiyyələr qazanmışdır. Kövsər müsabiqə-sərgidə Azərbaycanın bayrağını tanıdan və qalib olan yeganə azərbaycanlı iştirakçıdır. Şagirdimizi bu münasibətlə məktəb rəhbərliyi, pedaqoji kollektiv adından təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.
İran İslam Respublikasının Mazandaran şəhərində keçirilən Kyokuşin Karate üzrə Beynəlxalq Çempionat turnirində məktəbimizin VIII sinif şagirdi Hacıyev Rüfət Səxavət oğlu III yerə layiq görüldüyünə görə diplom, kubok və medalla təltif olunub. Məktəbin müdiriyyəti, pedaqoji və şagird kollektivi şagirdimizin beynəlxalq arenada uğuru ilə qürur hissi keçirir, gələcəkdə nailiyyətlərinin bol olmasını arzulayır.