“FiSO" olimpiadası (Future Intelligence Students Olympiad”(FISO) tərcümə (Gələcəyin Zəka Tələbələri olimpiadası) şagirdlərin Riyaziyyat, İngilis, Məntiq, Kimiya, Fizika, Biologiya və İncəsənət kimi müxtəlif sahələrdə bilik və bacarıqlarını sınayıb inkişaf etdirmələri üçün nəzərdə tutulmuş beynəlxalq bir yarışmadır. Şagirdimiz Hüseynzadə Anar Mahir oğlu bu yarışmada Riyaziyyat kateqariyasında mübarizəyə qoşuldu. Yarışma 21 yanvar 2024-cü ildə keçirilmişdir. Maksimum bal 100 bal olan yarışmada şagirdimiz 85 bal toplayaraq bürünc medala layiq görüldü. Qeyd edək ki, bu nəticə ilə şagirdimiz B.Ə.Ə paytaxtı Dubayda final mərhələsinə vəsiqə qazanmış oldu.
Məktəbin 8a sinif şagirdi Əsədli Məhəmməd Elxan oğlu dünyanın 23 ölkəsində keçirilən ABŞ-ın ən prestijli Beynəlxalq Kopernik Riyaziyyat Olimpiadasının Local Roundunda Bürünc Medal, Beynəlxalq Sertifikat və ABŞ-da keçiriləcək Final mərhələsinə vəsiqə qazanmışdır. Şagirdimizi bu münasibətlə ürəkdən təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.