Məktəbin 4ç sinif şagirdi Hüseynzadə Anar Mahir oğlu 30 oktyabr 2022-ci il tarixində keçirilmiş SASMO olimpiadasında (Amerika Riyaziyyat Olimpiadası) III yerin qalibi olmuş və bürünc medala layiq görülmüşdür. Şagirdimizi bu münasibətlə ürəkdən təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.
Məktəbin 3ç sinif şagirdi Kövsər Qurban Orxan qızı dünyanın 23 ölkəsində keçirilən ABŞ-ın ən prestijli Beynəlxalq Kopernik Riyaziyyat Olimpiadasının Local Roundunda Bürünc Medal, Beynəlxalq Sertifikat və ABŞ-da keçiriləcək Final mərhələsinə vəsiqə qazanmışdır. Şagirdimizi bu münasibətlə ürəkdən təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.