Copernicus Olympiad, 2019-cu ildə qurulmuş və məşhur Polşalı alim Nikola Kopernikin adını daşıyan bir beynəlxalq təhsil yarışmasıdır. 3-cü sinifdən 11-ci sinifə qədər olan şagirdlərə açıq olan bu olimpiad, 54 ölkədən iştirakçıları ilə beynəlxalq əməkdaşlıq və zehni güclərin birləşdiyi böyük platformadır.
Məktəbin 5ç sinif şagirdi Hüseynzadə Anar Mahir oğlu bu yarışmada Riyaziyyat üzrə öz biliyini nümayiş etdirdi. Yarışma 2 turdan ibarətdir: seçim və final turu. Final turu Amerikanın paytaxtı Nyu Yorkdakı Kolumbiya Universitetində təşkil olacaq. Şagirdimiz 14 - 18 iyul 2024-ci ildə keçiriləcək final mərhələsinə vəsiqə qazanmışdır.
Məktəbin 2ç sinif şagirdi Qurban Kövsər Almaniya, Türkiyə, KKTC-Şimali Kipr Respublikası və ilk dəfə olaraq Azərbaycanın da qatıldığı 40-cı Beynəlxalq Pınar Uşaq Rəsm müsabiqəsində 12908 iştirakçı arasında 1-ci yerin qalibi oldu. Şagirdimizin rəsmi dünyanın 4 bir tərəfinə göndərilən kataloqların üz qabığında öz əksini tapdı. Kövsər Beynəlxalq qalib Sertifikatı, 1-cilik Medalı, Planşet, Professional Rəsm ləvazimatları və Kataloqlarla mükafatlandırıldı. Şagirdimizi bu münasibətlə məktəb rəhbərliyi, pedaqoji kollektiv adından təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.