Beynəlxalq İko Matsuşima Karate Kyokşin Kaykan təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən keçirilən Beynəlxalq Kyokşin Karate -do üzrə açıq yarışda I yerlə mükafatlanmış IV sinif şagirdimiz Vəkilova Xədicə Namiq qızını məktəb rəhbərliyi və pedaqoji kollektiv adından təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.
Məktəbin 2ç sinif şagirdi Qurban Kövsər Orxan qızı “BİR MİLLƏT, İKİ DÖVLƏT!” adlı beynəlxalq rəsm müsabiqəsində 6-9 yaş qrupu üzrə I yerə layiq görülmüşdür. Şagirdimizi bu münasibətlə məktəb rəhbərliyi, pedaqoji kollektiv adından təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.