Məktəbin ingilis dili müəllimi Nərmin Əhmədovanın rəhbərliyi ilə 6d sinif şagirdi Quliyeva Ayan Sankt-Peterburq şəhərində keçirilən "Uğura addım" adlı məktəblilərın X elmi-praktik beynəlxalq konferensiyaya video zəng ilə qoşulmuşdur. Şagirdimiz "Welcome to Azerbaijan - The Land of Fire" adlı təqdimat ilə çıxış etmiş və diplomla təltif olunmuşdur. Şagirdimizi bu münasibətlə ürəkdən təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.
Məktəbin 2ç sinif şagirdi Kövsər Qurban Orxan qızı ABŞ-ın Beynəlxalq Sülh Dostları Fondunun və Qlobal Xeyirxahlıq TV-nin Beynəlxalq lideri Karen Palmerin əməkdaşlığı ilə baş tutmuş 24-cü Beynəlxalq "Xeyirxahlıq" Sülh Dostları Rəsm Müsabiqəsində dünyanın 79 ölkəsindən 4500-dən çox iştirakçısı arasından 5-7 yaş kateqoriyası üzrə 3-cü yerin qalibi olaraq bürünc medal, sertifikat, Qalib Sülh Dirəyi, açıqca (Kövsərin rəsmi ilə) və müxtəlif hədiyyələr qazanmışdır. Kövsər müsabiqə-sərgidə Azərbaycanın bayrağını tanıdan və qalib olan yeganə azərbaycanlı iştirakçıdır. Şagirdimizi bu münasibətlə məktəb rəhbərliyi, pedaqoji kollektiv adından təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.