Kövsər Qurban Orxan qızı HKIMO (Hong Kong International Mathematic Olympiad) Hong Kong Beynəlxalq Riyaziyyat Olimpiadası /respublika üzrə heat round – “Bürünc Medal" və Beynəlxalq Finala vəsiqə qazanmışdır. ( HKİMO Təşkilatının Azərbaycan düstribüturluğu) (Hong Kong - Azərbaycan). Şagirdimizi bu münasibətlə məktəb rəhbərliyi, pedaqoji kollektiv adından təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.
Məktəbin 4"ç" sinif şagirdi Kövsər Qurban Orxan qızı Fransa Səfirliyin dəstəyi və Fransız Azərbaycan İnstitutunun təşkilatçılığı ilə keçirilən rəsm müsabiqəsinin qalibi olub, hədiyyələrlə mükafatlandırılıb. Müsabiqənin mövzusu 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunlarının simvolu olan "Frigiya"ya həsr olunmuşdur.