Məktəbimizin 8 c sinif şagirdi Ağalarzadə Nəzrin Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 Nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən 15-26 aprel 2018-ci il tarixdə Bursa-Ankara şəhərində keçirilən 40-cı TRT Beynəlxalq 23 Nisan Uşaq Şənliyində Azərbaycanı layiqincə təmsil etdiyinə görə "Təşəkkürnamə" almışdır. Bu münasibət ilə şagirdimizi səmimi qəlbdən təbrik edir, səsinin daha yüksəklərdən gəlməsini arzulayırıq.
İran İslam Respublikasının Mazandaran şəhərində keçirilən Kyokuşin Karate üzrə Beynəlxalq Çempionat turnirində məktəbimizin VIII sinif şagirdi Hacıyev Rüfət Səxavət oğlu III yerə layiq görüldüyünə görə diplom, kubok və medalla təltif olunub. Məktəbin müdiriyyəti, pedaqoji və şagird kollektivi şagirdimizin beynəlxalq arenada uğuru ilə qürur hissi keçirir, gələcəkdə nailiyyətlərinin bol olmasını arzulayır.