Məktəbin 4"ç" sinif şagirdi Kövsər Qurban Orxan qızı “Dostluğun sehri” VI Beynəlxalq Onlayn Uşaq Rəsm Müsabiqəsinin qalibi oldu!
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi-nin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqıı-nın və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası-nın tərəfdaşlığı və Bakı şəhəri “3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsinin təşkilatçılığı ilə 29 fevral 2024-cü il tarixində “Ölkəmin abidələri” mövzusunda “Dostluğun sehri” adlı VI Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinin yekun tədbiri keçirildi.
Müsabiqəyə Azərbaycan və dünyanın 12 ölkəsinin 103 məktəb, müəssisə və təşkilatlarından 1200-dən artıq uşaq qatılmış, 1208 rəsm işi təqdim olunmuşdur. Azərbaycanın xalq rəssamları və peşəkar mütəxəssislərdən təşkil olunan münsiflər heyəti tərəfindən Kövsər Qurban 6-9 yaş kateqoriyasında Azərbaycandan yeganə 1-ci Yer Qalibi seçilmiş, Beynəlxalq Sertifikat, Qızıl və Bürünc Medal və Kataloqla təltif edilmişdir.
“Ölkəmin abidələri” mövzusunda keçilirən yekun tədbirdə müsabiqəyə qatılan uşaqların qalib rəsm işlərinin sərgisi təşkil olundu və təltifetmə mərasimi keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Rəssamlar Ittifaqi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və qalib uşaqların təmsil etdikləri ölkələrin – Türkiyənin Azərbaycandakı Səfirliyi, Çin Xalq Respublikası, Qətər Dövləti, Latviya Respublikası, Qazaxıstan Respublikası, Gürcüstan Respublikası, Misir Ərəb Respublikası, Türkmənistan, İordaniya Haşimilər Krallığı və Moldova Respublikasının ölkəmizdə fəaliyyət göstərən səfirliklərinin nümayəndələri iştirak etdi.
Məktəbin 4d sinif şagirdi Mustafayev Rafael Elşən oğlu “1-ci BEYNƏLXALQ KUBOK, FULL CONTACT KARATE - WFKU, GRAND PRIX SEIKYOKUSHIN 2023” Dünya Çempionatının 1-ci mərhələsində uğurla iştirak edib. Bu yarışda Azərbaycan, Ukrayna, Latviya, Estoniya, Pakistan, İsrail, ABŞ, Polşa, Avstriya, Macaristan, Almaniya, Bolqarıstan dövlətlərindən nümayəndələr iştirak edirdi. Yarışın təşkilatçısı WFKU təşkilatı idi. 10-11 yaş, 30 kq çəki dərəcəsində mübarizə qatılan Rafael Mustafayevin 1-ci rəqibi Ukraynalı, 2-ci rəqibi Almaniyalı idi. Yarış Polşanın Siedlce şəhərində baş tutub. Şagirdimiz bu möhtəşəm yarışda I yerin qalibi olaraq diplom, medal və kubokla mükafatlandırılmışdır. Biz də məktəbin rəhbərliyi və müəllim kollektivi olaraq öz növbəmizdə qalib şagirdimizi bu yarışda qazandığı uğurları münasibətilə ürəkdən təbrik edir və ona daha böyük uğurlara imza atmasını, məktəbimizin idman şərəfini daha uca zirvələrə qaldırmasını arzu edirik!