Məktəbin 1"a" sinif şagirdi İnci Qurban Orxan qızı Fransa Səfirliyin dəstəyi və Fransız Azərbaycan İnstitutunun təşkilatçılığı ilə keçirilən rəsm müsabiqəsində fəal iştirakına görə seçilib, hədiyyələrlə mükafatlandırılıb. Müsabiqənin mövzusu 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunlarının simvolu olan "Frigiya"ya həsr olunmuşdur.
İMEC riyaziyyat olimpiadası dünyanın müxtəlif ölkələrində təşkil olunur. Bu beynəlxalq riyaziyyat olimpiadası gənc riyaziyyat sevənləri bir araya toplayır. Ötən il Böyük Britaniyada 38 ölkənin gənc riyaziyyatçıları bir araya yığışmışdılar. Ölkəmiz 1-ci yerə layiq görülmüşdü. Bu il mart ayında ölkəmiz yarışmaya ev sahibi olacaq. 38 ölkənin riyaziyyatçıları paytaxtımızda biliklərini yoxlayacaqlar.
Dekabr ayının 23-də İMEC olimpiadası keçirildi. 1273 şagird olimpiadada iştirak etdi. Məktəbin 5ç sinif şagirdi Hüseynzadə Anar Mahir oğlu isə bu olimpiadada 3-cü yerin qalibi oldu, diplom və medalla təltif edildi.