Məktəbin 3ç sinif şagirdi Hüseynzadə Anar Mahir oğlu Tailand Beynəlxalq Riyaziyyat Olimpiadasında (TIMO) bürünc medal qazanıb. Şagirdimizi bu münasibətlə məktəb rəhbərliyi, pedaqoji kollektiv adından təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.
Məktəbin 1"a" sinif şagirdi İnci Qurban Orxan qızı Fransa Səfirliyin dəstəyi və Fransız Azərbaycan İnstitutunun təşkilatçılığı ilə keçirilən rəsm müsabiqəsində fəal iştirakına görə seçilib, hədiyyələrlə mükafatlandırılıb. Müsabiqənin mövzusu 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunlarının simvolu olan "Frigiya"ya həsr olunmuşdur.