Məktəbin 1"a" sinif şagirdi İnci Qurban Orxan qızı “Dostluğun sehri” VI Beynəlxalq Onlayn Uşaq Rəsm Müsabiqəsinin qalibi oldu!
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi-nin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqıı-nın və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası-nın tərəfdaşlığı və Bakı şəhəri “3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsinin təşkilatçılığı ilə 29 fevral 2024-cü il tarixində “Ölkəmin abidələri” mövzusunda “Dostluğun sehri” adlı VI Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinin yekun tədbiri keçirildi.
Müsabiqəyə Azərbaycan və dünyanın 12 ölkəsinin 103 məktəb, müəssisə və təşkilatlarından 1200-dən artıq uşaq qatılmış, 1208 rəsm işi təqdim olunmuşdur. Azərbaycanın xalq rəssamları və peşəkar mütəxəssislərdən təşkil olunan münsiflər heyəti tərəfindən İnci Qurban 6-9 yaş kateqoriyasında 3-cü Yer Qalibi seçilmiş, Beynəlxalq Sertifikat, Qızıl və Bürünc Medal və Kataloqla təltif edildi.
“Ölkəmin abidələri” mövzusunda keçilirən yekun tədbirdə müsabiqəyə qatılan uşaqların qalib rəsm işlərinin sərgisi təşkil olundu və təltifetmə mərasimi keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Rəssamlar Ittifaqi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və qalib uşaqların təmsil etdikləri ölkələrin – Türkiyənin Azərbaycandakı Səfirliyi, Çin Xalq Respublikası, Qətər Dövləti, Latviya Respublikası, Qazaxıstan Respublikası, Gürcüstan Respublikası, Misir Ərəb Respublikası, Türkmənistan, İordaniya Haşimilər Krallığı və Moldova Respublikasının ölkəmizdə fəaliyyət göstərən səfirliklərinin nümayəndələri iştirak etdi.
Məktəbin 3ç sinif şagirdi Kövsər Qurban Orxan qızı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Dostluğun Sehri" V Beynəlxalq Rəsm müsabiqəsində qalib olmuşdur. Dünya ölkələrindən qatılan 1500 iştirakçı arasında Beynəlxalq Sertifikat və Gümüş medala layiq görülmüşdür. Şagirdimizi bu münasibətlə ürəkdən təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.