Məktəbin 2ç sinif şagirdi Qurban Kövsər Almaniya, Türkiyə, KKTC-Şimali Kipr Respublikası və ilk dəfə olaraq Azərbaycanın da qatıldığı 40-cı Beynəlxalq Pınar Uşaq Rəsm müsabiqəsində 12908 iştirakçı arasında 1-ci yerin qalibi oldu. Şagirdimizin rəsmi dünyanın 4 bir tərəfinə göndərilən kataloqların üz qabığında öz əksini tapdı. Kövsər Beynəlxalq qalib Sertifikatı, 1-cilik Medalı, Planşet, Professional Rəsm ləvazimatları və Kataloqlarla mükafatlandırıldı. Şagirdimizi bu münasibətlə məktəb rəhbərliyi, pedaqoji kollektiv adından təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.
Məktəbin 1"a" sinif şagirdi İnci Qurban Orxan qızı Fransa Səfirliyin dəstəyi və Fransız Azərbaycan İnstitutunun təşkilatçılığı ilə keçirilən rəsm müsabiqəsində fəal iştirakına görə seçilib, hədiyyələrlə mükafatlandırılıb. Müsabiqənin mövzusu 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunlarının simvolu olan "Frigiya"ya həsr olunmuşdur.