Məktəbin 8a sinif şagirdi Əsədli Məhəmməd Elxan oğlu Zəfər kurslarının Kimya-biologiya təmayüllü Respublika Liseyində təşkil etdiyi İngiltərə Riyaziyyat Olimpiadasında (Beyin Olimpiada Mərkəzi - 2023) iştirak etmiş və qızıl medal qazanmışdır. Şagirdimizi bu münasibətlə ürəkdən təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.
Məktəbin XI sinif şagirdi Şireliyev Riyad 2019 –cu il tarixində Koreya Səfirliyinin Taekvando üzrə Dünya Çempionluq Kupasında çıxışına görə III yerə layiq görülüb. Bu münasibət ilə məktəb rəhbərliyi, pedaqoji kollektiv adından təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.