FERMAT Beynəlxalq Riyaziyyat Olimpiadası dünyanın bir çox ölkələrində riyaziyyat sevən şagirdləri bir araya gətirir. 2 turdan ibarət olan bu yarış ilk tur yerli 2 ci tur isə Vyetnamda təşkil olunur. İlk turda qızıl gümüş, bürünc medal qazanan şagirdlər 2-ci turda iştirak edirlər.
Məktəbin 5ç sinif şagirdi Hüseynzadə Anar Mahir oğlu FERMAT Beynəlxalq Riyaziyyat Olimpiadasında gümüş medal qazanaraq 2-ci tura vəsiqə əldə edib. Şagirdimizi bu yarışda qazandığı uğur münasibətilə ürəkdən təbrik edir və növbəti mərhələdə uğurlar arzulayırıq.
Məktəbin 2ç sinif şagirdi Qurban Kövsər Almaniya, Türkiyə, KKTC-Şimali Kipr Respublikası və ilk dəfə olaraq Azərbaycanın da qatıldığı 40-cı Beynəlxalq Pınar Uşaq Rəsm müsabiqəsində 12908 iştirakçı arasında 1-ci yerin qalibi oldu. Şagirdimizin rəsmi dünyanın 4 bir tərəfinə göndərilən kataloqların üz qabığında öz əksini tapdı. Kövsər Beynəlxalq qalib Sertifikatı, 1-cilik Medalı, Planşet, Professional Rəsm ləvazimatları və Kataloqlarla mükafatlandırıldı. Şagirdimizi bu münasibətlə məktəb rəhbərliyi, pedaqoji kollektiv adından təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.