İran İslam Respublikasının Mazandaran şəhərində keçirilən Kyokuşin Karate üzrə Beynəlxalq Çempionat turnirində məktəbimizin VIII sinif şagirdi Hacıyev Rüfət Səxavət oğlu III yerə layiq görüldüyünə görə diplom, kubok və medalla təltif olunub. Məktəbin müdiriyyəti, pedaqoji və şagird kollektivi şagirdimizin beynəlxalq arenada uğuru ilə qürur hissi keçirir, gələcəkdə nailiyyətlərinin bol olmasını arzulayır.
Məktəbin 3ç sinif şagirdi Kövsər Qurban Orxan qızı TDPV - Türk Dünyası Parlamentərlər Vaqfının təşkil etdiyi Beynəlxalq Ahilik və Ahi Evran Müsabiqəsinin Beynəlxalq rəsm kateqoriyasında qalib olduğu üçün Türkiyənin Azərbaycandakı səfiri Cənab Cahit Bağcı onu Böyükelçilikdə ehtiramla qəbul edib, TDPV adına təltif etdi. Kövsər Qurban Beynəlxalq Sertifikat və Rəqəmsal Grafik Planşetlə mükafatlandırıldı. Bu dəyərli mükafatlar TDPV-nin Yönetim Kurulu Başkanı hörmətli Abdullah Bəy Çalışkan və heyəti tərəfindən göndərilmişdir. Ayrıca Cənab Səfir isə Türkiyə Böyükelçilik adına öz qiymətli hədiyyələrini Kövsərə təqdim etdi. Şagirdimizi bu münasibətlə məktəb rəhbərliyi, pedaqoji kollektiv adından təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.