Məktəbimizin IX a sinif şagirdi Şirəliyev Riyad Oqtay oğlu Taekvondo üzrə Qəbələ şəhərində keçirilən " Koreya Səfiri kuboku" yarışmasında I yer, Yunanıstanın Afina şəhərində "Prezident kuboku" yarışmasında I yer, Bolqarıstanın Sofiya şəhərində "Açıq birinciliyi" yarışmasında I yer, Türkiyənin Antalya şəhərində "Avropa Çempionatı" yarışmasında II yer, Misirin Şarm El Şeyx şəhərində "Dünya birinciliyi" yarışmasında III yer tutmuşdur. Yaşının az olmasına baxmayaraq böyük nailiyyətlər əldə etmiş şagirdimiz ilə qürur duyuruq və gələcəkdə də uğurlarının bol olmasını arzulayırıq.
Məktəbin 4"ç" sinif şagirdi Kövsər Qurban Orxan qızı Çin Respublikasının Təhsil qurumu ChineseBridge -in təşkil etdiyi "Mid-Autumn Festival" 1-ci Beynəlxalq Professional Xəttatlıq və Rəssamlıq Müsabiqəsində iştirak edərək professional münsiflərdən 10mindən çox (10.107) səs toplayaraq "Online Popularity" kateqoriyasında qalib gəlmişdir.
Müsabiqəyə qatılmaq üçün əsas şərtlərdən biri çəkdiyin rəsmi Çin dilində ifadə etmək idi.
Kövsər Çin dilində çəkdiyi rəsm haqqında danışmış və rəsmini Azərbaycan-Çin Dostluğuna həsr etdiyini ifadə etmişdir.
Mükafat: Beynəlxalq Sertifikat və Professional Çin Xəttatlıq Dəsti idi.
Kövsər Qurban eyni rəsmi ilə 6 sentyabr 2023-cü ildə ŞƏT- Beynəlxalq Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrindən olan uşaqların Qansu əyalətinin Dunxuanq şəhərində "İncəsənətlə görüş - Uşaqların Qəlbində Böyük İpək Yolu" sərgisinə qatılmışdır.
Sərgi ŞƏT-in Yaxşı Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsi, Çin Beynəlxalq Mədəniyyət Assosiasiyası və Çin Mərkəzi Rəssamlıq Akademiyası tərəfindən təşkil olunub.
ŞƏT baş katibinin müavini N.S. Niyazəliyev açılış mərasimində çıxış edib.
Kövsərin çəkdiyi Rəsm bu sərgidə yüksək qiymətləndirilmiş, Beynəlxalq Sertifikata layiq görülmüş və çoxsaylı KİV paylaşımlarında yer almışdır.