Məktəbin 4ç sinif şagirdi Kövsər Qurban Orxan qızı İspaniyada təşkil edilən Beynəlxalq "WORLD Art Games" Festivalında Fortepianoda solo ifa üzrə 1-ci Yerin Qalibi oldu və İspaniyada keçirilən Sea Sun Festivalında iştirak etmək hüququ qazandı.
İspaniya, Fransa, İtaliya, Çin, ABŞ və digər ölkələrdən olan 27 nəfərlik Dünyaca məşhur musiqiçi münsif heyəti tərəfindən dünya üzrə Birinciliyə layiq görüldü.
Məktəbin 3ç sinif şagirdi Hüseynzadə Anar Mahir oğlu Tailand Beynəlxalq Riyaziyyat Olimpiadasında (TIMO) bürünc medal qazanıb. Şagirdimizi bu münasibətlə məktəb rəhbərliyi, pedaqoji kollektiv adından təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.