Uğurlarımız davam edir!Psixologiya Elmi - Tədqiqat İnstitutunun təşkil etdiyi elmi tədqiqatlarda fəal iştirakına görə məktəbimizin psixoloqları Nağıyeva Ruhiyyə və Mirzəyeva Elvira Təşəkkürnamə ilə təltif olunublar.
Referat müsabiqəsiMəktəbin 10 a sinif şagirdi Daşdəmirova Fidan
Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Suraxanı rayon İcra Hakimiyyətinin və Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin rayon mərhələsində fərqləndiyinə görə Fəxri Fərmanla təltif olunub.
Rəsm müsabiqəsiBakı Şəhəri üzrə Təhsil İdarəsi və Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun birgə təşkilatçılığı ilə Bakı Şəhəri məktəbliləri arasında keçirilən "Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir"
rəsm müsabiqəsində məktəbin 11 - ci sinif şagirdi Ələkbərli Lalə Cavanşir qızı 3 - cü yerə layiq görüldüyü üçün Diplomla təltif olunub.