"Mənim üç rəngli, şanlı bayrağım!" adlı şeir müsabiqəsiMəktəbin 4 e sinif şagirdi Abdullayeva Pərvanə Vahid qızı Suraxanı Gənclər Evinin və Suraxanı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş "Mənim üç rəngli, şanlı bayrağım!" adlı 7 - 11 yaşlı məktəblilər arasında keçirilmiş şeir müsabiqəsində 2 - ci yerə layiq görüldüyünə görə diplomla təltif olunub.
"Zəfər Günü" nə həsr olunmuş futbol turniriMəktəbin komandası Suraxanı Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 - 7 sinif şagirdləri arasında mini - futbol üzrə "Zəfər Günü" nə həsr olunmuş turnirdə 1 - ci yerə layiq görüldüyünə görə diplomla təltif olunmuşdur.
"Mənim gündəliyim" oxu və yaradıcılıq müsabiqəsiMəktəbin bir qrup şagirdi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi "Mənim gündəliyim" oxu və yaradıcılıq müsabiqəsində iştirak etdiyinə görə təşəkkürnamə ilə təltif olunub.