HAQQIMIZDA

114 nömrəli tam orta məktəb 1966 - cı ildən istifadəyə verilmişdir. Məktəb 1 əsas,.2 yardımçı binadan ibarətdir. 2006-cı ildə 300 yerlik 3 mərtəbəli 15 sinif otağı, 2010-ci ildə 800 nəfərlik 3 mərtəbəli 40 sinif otağından ibarət yardımçı binalar tikilib istifadəyə verilmişdir. Məktəbin əsas binası və yardımçı binalardan biri 2021- ci ilin fevral ayından cari təmir olunmağa başlamışdır. Hal - hazırda təmir  və bərpa işləri davam edir. 

Məktəbimiz  I - ci Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan məzun şəhid Abil  Səfərovun adını daşıyır.  

2009 - 2010 -  cu tədris ilində məktəbimiz "50 Yaxşı ümumi təhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.

Məktəbin pedaqoji kollektivi 148 müəllimdən ibarətdir. Qeyd etmək lazımdır ki, fəaliyyət göstərən müəllimlər arasında məktəbin məzunları da kifayət qədərdir. Hal-hazırda məktəbdə 2234 şagird təhsil alır. Bu şagirdlər 90 sinifdə komplekləşmişdir. Məktəb şagird sıxlığına görə 2 növbədə fəaliyyət göstərir. Məktəbdə 7 məktəbə hazırlıq qrupu və 1 günüuzadılmış qrup fəaliyyət göstərir.  Məktəbdə ulu öndər Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən zəngin "Lektoriya Zalı" fəaliyyət göstərir.bMəktəblilər arasında keçirilən ən yaxşı bilik yarışları, Heydər Əliyevin irsini özündə əks etdirən nümunəvi dərslər məhz bu zalda keçirilir. Şagirdlər bu otaqda keçirilən dərslərdən zövq alırlar.

Məktəbdə 1 idman zalı, kimya, fizika, biologiya, texnologiya, linqafon və kompyuter kabinetləri vardır.

2014 - 2015 ci tədris ilində Bakı şəhəri üzrə "Sağlam Təhsil - Sağlam Millət" layihəsinə qoşulan 5 məktəbdən biri bizim məktəb olmuşdur. Layihədə fəaliyyət göstərən müəllimlər "ustad müəllim" adını almışlar. Hal - hazırda məktəbdə "Sağlam Təhsil - Sağlam Millət" layihəsinə qoşulan 12 sinif vardır.

Cari tədris ilində məktəbdə tam orta təhsil səviyyəsində  5 təmayül sinif fəaliyyət göstərir. (10 A, 10 B,10 C, 11 A, 11 B)

2017 -ci ildən məktəbimizdə informatika fənni üzrə "Alqoritmika" layihəsi, 2018 - ci ildən isə  “Rəqəmsal bacarıqlar”, “STEAM” layihələri uğurla həyata keçirilir və bu layihələr çərçivəsində  şagirdlərimiz yerli və Beynəlxalq müsabiqələrə qatılaraq qaliblər arasında yer alırlar.  2019 - cu ildən məktəbimizdə "Məktəbin dostu" layihəsi fəaliyyətə başlayıb.

Məktəbimizin şagirdləri rayon, şəhər tədbirlərində, fənn olimpiadalarında məktəbin şərəfini ləyaqətlə qoruyurlar. Hər il məzunlarımızın ali məktəblərə qəbul göstəriciləri ürəkaçan olur, məzunlarımız arasında xaricdə təhsil alan,  600-dən yüksək bal toplayanların sayı ilbəil artır.

2019 - 2020 - ci tədris ilində məktəbin məzunu Əliyev Həsənbala Fuad oğlu 4 - cü qrup üzrə qəbul imtahanında tam nəticə göstərərək, 400 bal toplayaraq respublika üzrə 5 məzundan biri olmuşdur. Ümumilikdə 691 bal toplayaraq məktəbimizə daha bir uğur qazandırmışdır. Prezident  təqaüdünə layiq görülən məzunlarımızın sayı ilbəil artmaqdadır. “2019 - 2020 - ci tədris ilində məktəbin 3 məzunu  Allahverdiyev Nüsrət Ramil oğlu, Əlyev Həsənbala Fuad oğlu və Orucov Əlövsət Əli oğlu Prezident təqaüdünə layiq görülmüşdür.  

Məktəbin məzunu  Allhverdiyev Nüsrət Ramil oğlu 2019 - 2020 - ci tədris ilində tam orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vurduğuna görə qızıl nişanla təltif olunmuşdur.

2020 - 2021 - ci tədris ilində tam orta təhsili başa vurub, ali məktəbə sənəd verən 11 "A" sinfinin 31 şagirdindən hamısı ali məktəbə qəbul olmuşdur. Onlardan 30 - u 1 - ci ,1 nəfər isə 2 - ci mərhələdə tələbə adı qazanmışdır.

Son illər məktəb kollektivinin inkişafyönümlü layihələrdə iştirak etməsi ənənə halını almışdır.

2018 - ci ildə məktəbin direktoru Novrucova Ceyran pedaqoji kollektivin təstəyi ilə  "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Grand müsabiqə" sində "Düzgün peşə seçiminin cəmiyyətə və şəxsiyyətə təsiri" mövzusunda qalib olmuşdur.

2021 - ci ildə məktəbin fransız dili müəllimi İsmayılova Ülkərin "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Grand müsabiqə" sinə fərdi kateqoriya üzrə təqdim etdiyi "Fransız dilinin tədrisində faydalı onlayn qiymətləndirmə vasitələri" layihəsi qalıb olmuşdur.

 Məktəbdə kollektiv üzvləri sırasından: Novruzova Ceyran Kamal qızı - "Əməkdar müəllim" fəxri ada, Cəfərova İradə Mövsüm qızı - "Fəlsəfə elmləri üzrə namizəd" elmi dərəcəyə, Heydərova İlahə  “Tərəqqi” medalına layiq görülmüşdür. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi