Kiçik Akademiya

”Kiçik Akedemiya”Məktəbimizdə “Kiçik Akademiya” 2017- 2018 ci tədris ildən fəaliyyətə başlayıb. “Kiçik Akademiya”nın yaradılmasında məqsəd VIII-XI sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsi, tanınmış alim və mütəxəssislərin istedadlı şagirdlərlə işə cəlb edilməsindən ibarət olub. Bu məqsədlə məktəbin səriştəli və bacarıqlı müəllimləri şagirdlər arasında elmi dünyagörüşü ilə fərqlənən, tədqiqatçılıq qabiliyyəti olan şagirdləri seçilərək «Kiçik Akademiyaya” ya cəlb olunmuşlar. «Kiçik Akademiya” aşagıda adı çəkilən bölmələrdən ibarətdir. Humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi. Hər tədris ili üçün müvafiq fəaliyyət planı hazırlanmış və xüsusi istedadlı şagirdlər müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə elmi tətqiqatçılıq fəaliyyətinə cəlb edilmişlər. Failiyyətimiz dövründə “Kiçik Akademiya”nın üzvləri müxtəlif mövzularında elmi işlər hazırlamışlar. Bu tədris ilində “Kiçik Akademiya”nın yeni şurasının tərkibi müəyyənləşdirilmişdir. “Kiçik Akademiya”ya rəhbərlik (prezident) T.T.İ.Ü.D.M – ni Əhmədova Sevda Vahid qızına, vitse prezident vəzifəsi isə T.T.İ.Ü.D.M – ni Quliyev Kənan Sədi oğluna həvalə olunmuşdur. Bölmə rəhbərləri – Ağayeva Təranə, Orucova Kəmalə, Məmmədova Gülnar, Cəfərova İradə seçilmişlər. 2018-2019-cu tədris ilində “Kiçik Akademiya”nın üzvləri aşağıda qeyd olunan mövzularda tətqiqat işləri üzərində çalışırlar. “Nəsimi yaradıcılığında arxaizimlər”, ”Xəzər dənizini ekologiyası”, ”Dörddərəcəli tənliklərin həllində sərfəli üsulların seçilməsi. ”Kiçik Akedemiya” ya ümumilikdə 14 şagird cəlb olunub. İlin sonunda “Kiçik Akademiya” nın hesabat iclası keçiriləcək və təqdim olunan ən yaxşı elmi əsərlərin və təqdimatların sahibləri mükafatlandırılacaq.

Ətraflı
HAQQIMIZDA

114 nömrəli tam orta məktəb 1966 - cı ildən istifadəyə verilmişdir. Məktəb 1 əsas,.2 yardımçı binadan ibarətdir. 2006-cı ild...

BİZİM FƏXRLƏRİMİZ

Səkinə Əliyeva Niyaz

Tofiq Vəliyev Malik

HAQQIMIZDA

114 nömrəli tam orta məktəb 1966 - cı ildən istifadəyə verilmişdir. Məktəb 1 əsas,.2 yardımçı binadan ibarətdir. 2006-cı ild...

BİZİM FƏXRLƏRİMİZ

Səkinə Əliyeva Niyaz

Tofiq Vəliyev Malik

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi