Yaradıcı müəllim və şagirdlər təltif olunubMəktəbimizin tarix müəllimi Eyvazlı Rza və 10 cu sinif şagirdi Daşdəmirova Fidan Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilmiş "Yaradıcı müəllim: inkişaf edək, etdirək" təqdimat müsabiqəsinin qalibləri kimi Diplomla təltif olunublar.
Mini futbol turniriMəktəbin oğlanlardan ibarət futbol komandası Vətən Müharibəsi şəhidi "Vətən uğrunda", "Fizulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuş Məmmədov Hüseyn Elşad oğlunun xatirəsinə həsr olunmuş mini - futbol üzrə Suraxanı rayon məktəblərinin komandaları arasında keçirilmiş turnirdə 1 - ci yer tutduğuna görə Diplomla təltif olunub.
Linqvistika OlimpiadasıMəktəbin 8 i sinif şagirdi Ulubəyova Nəzrin Təhsildə İnkişaf və İnovasiyalar üzrə VI Qrant Müsabiqəsi çərçivəsində təşkil olunan Azərbaycan Linqvistika Olimpiadasında 1 - ci yer tutduğuna görə Sertifikatla təltif olunub