Uğurlarımız davam edir!Məktəbin 10 cu sinif şagirdi Qasımov Məhəmməd Fuad oğlu Suraxanı Rayon İcra Hakimiyyətinin təşkil etdiyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 cü ildönümü münasibətilə keçirilən müsabiqənin videoçarx mərhələsində nümunəvi təqdimatına görə Fəxri Fərmanla təltif olunub.
Yaradıcılıq müsabiqəsiMəktəbin 7 v sinif şagirdi Məlikova Aysu "Heydər Əliyev ili" nə həsr olunmuş "Fövqəladə hallar uşaqların gözü ilə" respublika uşaq yaradıcılıq müsabiqəsində iştirakına görə Fəxri Fərmanla təltif olunub.
“Ən yaxşı təqdimat” adlı müsabiqəMəktəbin 10-cu sinif şagirdi Daşdəmirova Fidan Fizuli qızı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” adlı müsabiqəsində II dərəcəli diplomla təltif olunub.