113 SAYLI TAM ORTA MƏKTƏBDƏ 30.12.2015-Cİ İL TARİXDƏ "31 DEKABR- DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ " VƏ "YENİ İL" QEYD EDİLDİ

30 Dekabr Dünya Azərbaycanlılarının Həmrəlik günü və Yeni il bayramı ilə əlaqədar məktəbimizdə yeni il tədbiri keçirilmişdir. Tədbirdə məktəbin direktoru Rövşən Qasımov Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il bayramı münasibətilə bütün məktəb kollektivini təbrik etdi. Öz çıxışında Azərbaycan həmrəylik gününün Azərbaycan xalqının milli bayramına çevrildiyindən danışıldı. Ümumi milli lider Ulu öndər Heydər Əliyevin bu sahədə həyata keçirildiyi fəaliyyət eyni zamanda təşkil edilən qurultaylar haqqında məlumat şagirdlərin diqqətinə çatdırıldı.Tədbirdə məktəbin istedadlı şagirdləri öz fərasətləri ilə uşaqları sevindirdi. Yeni ilin persenajları şaxta baba və qar qızın çıxışları tədbiri daha da canlandırdı.Uşaqların dünya görüşünün formalaşmasında, təlim tərbiyəsində, yüksəlməsində, bu tədbirlərin rolu böyükdür.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi