HAQQIMIZDA

     Bakı şəhəri Kürdəxanı qəsəbəsindəki 113 nömrəli tam orta məktəb 1927-ci ildən fəaliyyət göstərir. Məktəbin hazırkı binası 1971-ci ildə tikilib istifadəyə verilmişdir. Məktəb 850 yerlikdir. 2008-ci ildə məktəbin həyətində 300 yerlik yardımçı bina tikilmişdir. Hər iki korpus birlikdə 1150 yerlikdir. Hazırda məktəbdə 2500-dən yuxarı  şagird təhsil alır. Məktəbdə tədris iki növbəli və altı günlük sistemdə aparılır. Məktəb Hüseynbala Ağaverdiyev adını daşıyır. H.Ağaverdiyev 1927-1929-cu illərdə Azərbaycan SSR XTŞ-nin sədri, 1929-1934-cü illərdə Azneft Birliyi rəisinin müavini,1935-ci ildən Azərbaycan SSR XKS-nin sədr müavini, eyni zamanda Xalq yerli Sənaye komissarı vəzifəsində çalışıb. İkinci Dünya müharibəsindən əvvəl və sonralar da məktəbin məzunları Azərbaycan dövlətinin adını dünya ölkələrində tanıtmış, onun fəxri olmuşlar. Birinci Qarabağ müharibəsində məktəbimizin 9 nəfər məzunu şəhid olmuşdur. Onların xatirəsini əbədiləşdirmək məqsədilə məktəbin həyətində " And yeri " abidəsi ucalır. İkinci Qarabağ müharibəsində məktəbin yetirmələri döyüşlərdə iştirak etmək üçün könüllü olaraq müraciətlər etmiş və igidliklə vuruşmuşlar. Məktəbin yetirmələri:   Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezident.  X.Yusifzadə,  şərqşünas-alim, professor (1979), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü olmuş V.Məmmədəliyev, Azərbaycanın görkəmli tarzəni, dosent, professor, Azərbaycan Respublikasının xalq artisti (2018).V. Məmmədəliyev

113 nömrəli tam orta məktəb öz məzunları ilə hər zaman fəxr edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi